Dollar satışı ilə bağlı banklara qadağa- indi dolları ucuz almaq mümkündür FOTO

14-07-2016, 02:37           
Dollar satışı ilə bağlı banklara qadağa- indi dolları ucuz almaq mümkündür FOTO
Banklar dolları ucuz satmağa başlayıb. Artıq iyul ayının 5-dən etibarən banklarda dolların satış qiyməti Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi məzənnədən cüzi şəkildə fərqlənir.

Musavat.com-un məlumatına görə, bu ilin əvvəlində AMB tərəfindən qeyri-rəsmi olaraq banklara verilən göstərişdə dolların cəmi 4 faizlik fərqlə alqı-satqısına icazə verilmişdi.

Bu gösəriş 2016-cı ilin 13 yanvarında valyutadəyişmə mətəqələrinin lisenziyasının ləğv edilməsindən sonra verilmişdi. “Exchange"lərin süni bahalaşmaya səbəb olması əsas gətirilərək bağlanmasından sonra banklar dolları AMB-nin rəsmi məzənnəsindən cəmi 4 fazilik fərqlə ala və sata bilirdi.

Bank rəsmilərindən birinin musavat.com-a verdiyi məlumata görə, Ramazan bayramından bir gün əvvəl banklara növbəti dəfə qeyri-rəsmi göstəriş verilib. Bu göstərişə əsasən banklar dolları 4 faizlik fərqlə alış-satışı qadağan edilib. Banklar artıq dolları yalnız 2 faizlik fərqlə ala və sata bilirlər. Mənbənin məlumatına görə, bu qeyri-rəsmi göstəriş yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilib.

Məlumat üçün bildirək ki, AMB iyulun 13-nə rəsmi məzənnəni 1,5549 manat olaraq açıqlayıb. Bu gün banklarda dolların satışı ən yüksək halda 1.585 manat olub. Lakin sonuncu qadağa olmasaydı bu günə olan məzənnə ilə banklarda dolların satış qiyməti 1.617 manat olacaqdı.

İyulun 13-də UNİBNAK-da dolların alış qiyməti 1.5502, satış qiyməti isə 1.5860 manat olub. “Amrahbank”da isə dolların alış qiyməti 1.53 manat, satış qiyməti 1.575 manat olaraq müştərilərə təklif edilib.

Onu da qeyd edək ki, eyni hal- dolların ucuz alışı və satışı valyutadəyişmə məntəqələrində də müşahidə olunur. Onlar da dolların alış-satışında 2 faizlik qazancla kifayətlənirlər.

Məlumatlı mənbə qeyd edir ki, “exchange”lərə də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən eyni göstəriş verilə bilər. Lakin onların qeyri-rəsmi olaraq fəaliyyət göstərməsi nəzərə alındıqda bu variant məntiqli hesab olunmur.

“Bu qadağa yəqin ki, yalnız banklara şamil olunub. Valyutadəyişmə məntəqələri də məcburi şəkildə banklarla ayaqlaşmağa çalışır. Çünki onlar banklardan yüksək məzənnə müəyyənləşdirsələr, müştəri qazanmaq imkanları olmayacaq”- deyə mənbə bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.