HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı AÇIQLANDI – ŞOK RƏQƏM

11-10-2023, 06:54           
HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı AÇIQLANDI – ŞOK RƏQƏM
HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.

CNN-ə istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.

Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru