Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məlik inzibati qaydada həbs olunub. Bu barədə Turana partiyadan məlumat verilib.
Bildirilib ki, H.Məlik günorta saatlarında saxlanılıb: “Hüseyn bəyi 41-ci polis bölməsinə aparıblar. Buna səbəb güya onun Tofiq Yaqublunun postuna yazdığı şərhi olub. Daha sonra Hüseyn bəyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 30 sutka müddətinə həbs ediblər. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb”.
ADR-dən qeyd ediblər ki, H.Məlikin səhhətində ciddi problemlər var: “O, ağır ürək əməliyyatını keçirib, diabetdən əziyyət çəkir”.