Ordu Suriyadan ölkəyə bir neçə raket atıldığını bildirib. Məlumata görə, raket açıq əraziyə düşüb, digər təfərrüatlar verilməyib.
“İsrail oşəsgərləri Suriyadakı atış nöqtələrinə artilleriya və minaatan mərmiləri ilə cavab verir”, - məlumatda deyilir. Suriya tərəfi vəziyyəti şərh etməyib.
Xatırladaq ki, Suriya oktyabrın 7-də İsraili atəşə tutmağa başlayan HƏMAS silahlılarının hərəkətlərini dəstəkləyib.