HƏMAS Ben Qurion hava limanını vurdu

11-10-2023, 17:47           
HƏMAS Ben Qurion hava limanını vurdu
Radikal HƏMAS hərəkatının hərbi qanadı olan "İzəddin əl-Qəssam Briqadaları" qruplaşması Təl-Əvivin Ben Qurion hava limanını atəşə tutduğunu açıqlayıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, qruplaşma bu barədə öz Teleqram kanalında bildirib.

""Əl-Qəssam Briqadaları" mülki şəxslərə edilən hücuma cavab olaraq Ben Qurion hava limanına raket hücumu həyata keçirir", - deyə xəbərdə bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri ölkənin mərkəzi rayonlarında hava hücumu xəbərdarlığı edildiyi barədə məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru