Bakıda şirkət rəhbəri ağac kəsilməsi faktına görə cərimə edilib - ETSN-dən CƏZA
14-07-2016, 15:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, şikayət ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.