Bakıda dəhşət - Maşın ana və iki uşağını vurub öıdürdü

16-07-2016, 01:55           

Bir ailənin 3 üzvünü maşınla vurub öldürən sürücü tutuldu
Bu gün saat 17:00 radələrində Xətai rayonu ərazisində 3 şəxsin - 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3, 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi "Chevrolet" markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Bakıda dəhşət - Maşın ana və iki uşağını vurub öıdürdü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.