FHN-də RƏZALƏT: İdarə rəisi qadın işçisinə əxlaqsızlıq etdi

18-07-2016, 22:31           
FHN-də RƏZALƏT: İdarə rəisi qadın işçisinə əxlaqsızlıq etdi
Fövqəladə Hallar Nazirliyində biabırçı olay baş verib. Criminal.az-a daxil olan məlumata görə, hadisə nazirliyin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsində vaqe olub.

İdarənin rəisi Vüsal Tahirov idarənin təmizlik işlərinə məsul xanım əməkdaşı Lalə Mehdiyevaya (ad və soyad şərtidir) əxlaqsız təkliflər edib. Təbii ki, daha yaxşı həyat, yüksək sosial təminat qarşılığında. Dul və iki uşaq anası olan xanımı hazırkı mövqeyindən irəli çəkəcəyi ilə bağlı şirin vədlər verərək. Davamlı təzyiqlərdən sonra istəyinə çatan rəis xidmətçi xanımın müəyyən müddətdə idarədə rabitəçi kimi çalışmasına imkan yaradır. Lakin rəisin şəhvət hissi xanımın həyatını çətinləşdirir. Davamlı olaraq otağında rəisi tərəfindən təcavüz cəhdlərinə məruz qalır.

Təzyiqlərə dözə bilməyən qadın V.Tahirovun nalayiq hərəkətləri ilə bağlı Heydər Əliyev Fonduna müraciət ünvanlayır, ölkənin birinci xanımının müdafiə çətiri altında sığınmağa çalışır. Fond müraciəti araşdırılmasını üçün FHN-nə göndərir və nazirlikdə daxili tədqiqat başlayır.

Tədqiqat nəticəsində xanımın dediklərinin həqiqət olduğu aydınlaşır. Nəticə nazirə məruzə edilir. Nazir Kəmaləddin Heydərov V.Tahirovun işdən çıxarılması, hətta işin prokurorluğa göndərilməsi barədə göstəriş verir. Lakin Tahirovu himayə edənlər tapılır. Nazirin müavinləri səviyyəsində işin böyüməməsi üçün prokurorluğa müraciət edilməməsi tövsiyə edilir.

Bundan sonra nazir idarə rəisinə rəhm edir, yalnız sərəncama göndərməklə kifayətlənir.

Qeyd edək hadisə ötən ilin son aylarında baş verir. Həmin zamandan etibarən şikayətçi xanım işdən çıxarılır və məsələni böyütməməsi üçün başqa bir müəssisəyə - “Azərsu”ya işə düzəldilir.

Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, təxminən 6 aydan sonra, yəni bu ilin yaz aylarında V.Tahirov yenidən əvvəlki vəzifəsinə bərpa olunur. Heç nə baş verməmiş kimi bu gün vəzifəsinin başındadır. İşə qayıdan kimi isə xanımın “Azərsu”dan çıxarılmasının qayğısına qalır və buna nail olur.

Əldə etdiyimiz məlumata görə, V.Tahirov işçiləri ilə qeyri-etik rəftarla ad çıxarıb. Sərəncamında olan əməkdaşları təhqir etməkdən, hədə-qorxu gəlməkdən çəkinmir. Hər halda nazirin göstərişinə baxmayaraq, məlum olaydan sonra yenidən vəzifəsinə bərpası və daxili nizamnamə qaydalarını pozan, heç bir etik çərçivəyə sığmayan davranışları onun yüksək dairlərədə himayədarının olduğu qənaəti yaradır. Bu isə nəticədə kimlərinsə heysiyyatının tapdlanmasına , işsiz qalmasına və işin keyfiyyətinə xəsarətsiz ötüşmür.

Criminal.az-ın əldə etdiyi məlumata görə, V.Tahirov Mülki Müdafiə Qoşunları komandanı İlham Abdullayevin tələbə yoldaşıdır. Onlar Ali Hərbi Məktəbdə bir təhsil alıblar.

Məsələ ilə bağlı gün ərzində V.Tahirovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.