Azər Seyidov “vuruldu”
18-07-2016, 23:10
PENİTENSİAR XİDMƏTİN POLKOVNİKİNİ HƏBS GÖZLƏYİR
Hələ bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni təyin olunan rəis Ceyhun Həsənovun qurumda köklü kadr islahatına başlayacağı barədə xəbər yayılıb. Bu xəbərdə işdən azad ediləcək şəxlərdən biri kimi 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovun adı çəkilirdi.
Artıq yazdıqlarımız təsdiqini tapıb. Penitensiar Xidmətdəki mənbəmiz Azər Seyidovun işdən kənarlaşdırıldığnı deyib. Bununla bağlı daxil olan məlumatda bildirilir ki, Azər Seyidova “könüllü məzuniyyət” ərizəsi yazdırılıb. Məzuniyyətə yollanan rəis iş otağındakı şəxsi əşyalarını da özüylə aparıb.
Digər bir məlumatda Azər Seyidova qarşı cinayət işinin açılacağı bildirirlir.
Mənbə onu da bildirib ki, Azər Seyidovu hazırda təcrdixanaya yenicə rəis müavini vəzifəsinə təyin olunan Rəşid Səfərov əvəz edir. Adıçəkilən şəxs isə Tovuz Rayonunun sabiq polis rəisidir.
Penitensiar Xidmətdəki olaylarla bağlı araşdırmalar davam edəcək. (gununsesi.info)