Səbaildə Prezidentə minnətdarlıq məktübü qəbul edildi
19-07-2016, 19:13
Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. İlk növbədə aprel ayında Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycan Ordusunun cavab tədböirləri nəticəsində əldə olunan qələbədən, cənab Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar və görülən işlər barədə məlumat verildi.
Eldar Əzizov ötən 6 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verərək Səbail rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Qeyd olundu ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Azərbaycanın çoxillik tarixində bir çox böyük dövlət xadimlərinin olmasına baxmayaraq yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır. Bunlardan biri Azərbaycan xalqının Ümummimlli lideri Heydər Əliyevdir. Onun davamçısı Prezident İlham Əliyev isə artıq Dünya Azərbaycanlılarının əsl ümumxalq lideri kimi qəbul olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirdi ki, cari ilin 6 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 9 milyard 147,2 milyon manatlıq məhsul istehsal edilmiş, rabitə müəssisələri tərəfindən görülmüş ximətlərin dəyəri 60.2 milyon manat, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 169.9 milyon manat olmuşdur. 6 ay ərzində əsas kapitala investisiya 4 milyard 524.6 milyon manat, və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz çox təşkil etmişdir.
RİH tərəfindən Badamdar qəsəbəsində yeni «Abad məhəllə» yaradılmış, Bayıl yaşayış sahəsindəki Aydın Məmmədov küçəsi 74 ünvanında yerləşən 5 mərtəbəli bina və ona bitişik ərazidəki məhəllədə RİH tərəfindən abadlıq-quruculuq işlərinə başlanmışdır.
RİH tərəfindən 2015-ci ilin sonundan etibarən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”ın yaradılması işlərinə başlanmış və burada 150 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur. İlin əvəlindən parkda 24 ha sahədə 70 min yeni ağac əkilmiş, onlara gündəlik qulluq göstərilir.
Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan, şəhərimizin ümumi görünüşünə və gözəlliyinə xələl gətirən yaşayış binalarının sökülüb yerində müasir binalarının tikintisi ilə bağlı tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 6-dan çox müasir layihə işlənib təsdiq olunmuşdur. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. rayonda Neftçi Qurban küçəsi 27, Neftçi Qurban küçəsi 72-74-76-76a ünvanlardakı ərazidə işlərə başlanıb, Neftçi Qurban küçəsi 12-22, Neftçi Qurban küçəsi 32-36-36a və Neftçi Qurban küçəsi 58-60-62-64, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 1-3, Xanlar küçəsi 10 ünvanlarındakı ərazilərdə hazırlıq işləri gedir, layıhılərin ekspertizası aparılır.
Birinci yarımillikdə RİH-nin təşəbbüsü ilə çap olunmuş «Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah» kitabının təqdimatı keçiridi, daha 2 – Azərbaycanlıların soyqırımı ilə bağlı və rayonun orta məktəb şagirdləri arasında keçirilən Azərbaycan tarixinə həsr olunmuş elmi-praktiki konfransdakı məruzələr toplanmış kitabların çap olunması istiqamətində işlər həyata keçirilir.
Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və təklifləri - qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, «Abad məhəllə»lərin yaradılması işlərində bələdiyyələrin zəif iştirakı, mərkəzdə ki küçələrdə bəzi səkilərə döşənmiş daşların dağılması, köhnə binaların təmiri və yenidən tikilməsi işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, qanunsuz torpaq zəbt olunması və burada tikinti işləri aparılmasının qarşısının alınması, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, «Ekoloji park»da işlərin ciddi nəzarətdə saxlanılması, Dövlət mənzil fondunun qorunması, yay mövsümündə bəzi ərazilərdə isməli su ilə bğlı yaranmış problemlər və s. məsələlər toxunuldu, vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və bununla əlaqədar rayon ictimaiyyəti adından Prezident cənab İlham Əliyevə minnətdarlıq məktubu qəbul edilmişdir.