Qafqaz Universitetində bütün fakultələr olduğu kimi qalacaq - Təhvil-təslim...

21-07-2016, 13:00           
Qafqaz Universitetində bütün fakultələr olduğu kimi qalacaq - Təhvil-təslim...
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təhvil verilib.

AzVision.az xəbər verir ki, Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xaliq Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu kollektivə təqdim edib.

Qafqaz Universitinin rektor vəzifəsi Elmar Qasımova həvalə olunub.

Xaliq Məmmədov bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalır və tələbə qəbulu davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.