Bakıda növbəti avtobus qəzası - 2 ölü

21-07-2016, 17:55           
Bakıda növbəti avtobus qəzası - 2 ölü
Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub
Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub. Avtosfer.az trend-ə istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.
Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.