“Cahangir Hacıyevə qətiyyən aidiyyatı yoxdur”- Baş Prokurorluq

22-07-2016, 13:43           
“Cahangir Hacıyevə qətiyyən aidiyyatı yoxdur”- Baş Prokurorluq
İlin qalmaqallı hadisələrindən hesab edilən “Beynəlxalq Bank” əməliyyatında həbs edilən “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev və digərlərinin cinayət işi məhkəməyə göndərilib. Məhkəmə qarşısına sabiq bankirlə yanaşı Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security” MMC-nin sabiq baş direktoru İbrahim Hüseynov da çıxarılacaq. Digər 4 şəxsin kimliyi haqqında isə məlumat yayılmayıb.
Gununsesi.info-nun məlumatına görə, iş üzrə ittiham aktında “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin AR CM-in 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə də təqsirləndiriliblər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Gununsesi.info-nun bu məsləylə bağlı ünvanladığı sorğuya cavab olaraq bildirib ki, AR CM-in 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələrinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə qətiyyən aidiyyatı yoxdur: “Cinayət işinin istintaqı yekunlaşaraq, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sözügedən maddələr Cahangir Haciyevlə birlikdə mühakimə edilənlərdən hansınasa aiddir. Lakin istintaq həmən məsələylə bağlı adları məhkəməyədək açıqlamağı lazım bilməyib”-,deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.