Vəkilin xidmət haqqını mənimsəyən tanınmış ekspert kimdir? –Elçin Sadıqovdan ilginc iddia (Sənəd)
23-07-2016, 00:12
Tanınmış vəkil Elçin Sadıqova qarşı dələduzluq olub.
Strateq.az xəbər verir ki, o, bu barədə Feysbuk-dakı səhifəsində məlumat verib.
Bildirib ki, ictimai-siyasi səhnədə tanınan birinin (Elçin Sadıqov ad çəkməyib, ancaq şərhlərdə yazılanlardan belə aydın olub ki, o, hərbi sahə üzrə tanınmış ekspert Üzeyir Cəfərlidir) işini Avropa Məhkəməsinə çıxarıb və udub:
“İşin aparılması üçün hüquq xidməti, poçt xidməti, tərcümə xidmətini özüm ödəmişəm və Avropa Məhkəməsi 10.000 (on min) AVRO ona, 4400 (dörd min dörd yüz) AVRO mənə pul ayırıb. Dəfələrlə ona pulu verməli olduğunu bildirəndə kompensasiyanın hələ ödənilmədiyini bildirirdi və qeyd edirdi ki, əsas məsələnin mənəvi tərəfi onu maraqlandırır. Daha sonra bu adam mənə 13 iyun 2016-cı il tarixdə etibarnamə verdi və 03 sentyabr 2015-ci il tarixdən hesabdan çıxarış gətirdi ki, guya, ona pul köçürülməyib. Hətta KİV-də dəfələrlə bəyanatlar verdi ki, guya, hökumət onun pulunu verməyib”.
Elçin Sadıqovun sözlərinə görə, rəsmi sənədləri əldə eetdikdən sonra aldadıldığını müəyyən edib:
"Həmin pul düz bir il əvvəl 2015-ci ilin iyul ayının 15-də onun hesabına köçürülüb. 22 iyul 2015-ci il tarixdə 10.000 AVRO, 23 iyul 2015-ci il tarixdə isə mənə çatası 4313 (dörd min üç yüz on üç) AVRO pulu şəxsən hesabdan çıxarıb və bunu məndən oğurlamaq məqsədilə gizlədib.
Mən onu başa düşə bilmirəm ki, komandir olmaq istəyən adam necə ola bilər ki, onun üçün döyüşən əsgərin (vəkilin) əmək haqqını oğurlasın. Dəfələrlə ondan pulumu tələb etsəm də, özünü məndən küsmüş kimi aparır və zənglərimə cavab vermir.
Hələ ki, aramızda olan haqqı-salama görə onun adını açıqlamıram. Bu problemlə bağlı bir neçə tanınmış şəxsə müraciət etmişəm. Mən bilmirəm ədalətsizliklə mübarizə aparım, yoxsa belə tamahkarlarla. Hələlik istəmirəm bu dələduzluq faktını hüquq-mühafizə orqanları və məhkəmələr vasitəsilə həll edim.
Xahiş edirəm, ona deyin mənim pulumu versin”.