Gülər Əhmədova: “Az qalmışdı, həkimə deyəm “əə, bir- bir!!!”
10-08-2016, 09:09
“Ədalət budur ki, bir adamda bir xəstəlık olar, uzagı iki… Rəhmətlik Hacıbaba Bagırov demişkən, “beylə mal olar?”, bu qədər xəstəlik olar?”.
Gununsesi.info xəbər verir ki, bunu hazırda Almaniyada olan sabiq millət vəkili Gülər Əhmədova öz “Facebook” statusunda yazıb.
“Deməli, dunyada hər şey qanunauygun hərəkət edir. Ömur boyu bir cox insanın yükünü cək, xəstəlik də düjünlə…(?)hec nə tək- tək deyil. Az qalmışdı, həkimə deyəm “əə, bir- bir!!!”( sitat mənə məxsus deyil)”-deyə, o, daha sonra yazıb.
Qeyd edək ki, G. Əhmədova müalicə olunmaq üçün hazırda Berlin şəhərindədir.
Həmçinin, qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmədəki çıxışı zamanı bir neçə xəstəlikdən əziyyət çəkdiyini, talassemiya daşıyıcısı olduğunu söyləmişdi. O, məhkəmədən xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəmiş və buna qismən nail olmuşdu.
G.Əhmədova məhkəmədə onu da bildirmişdi ki, 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir, 24 yaşında kliniki ölüm keçirib, 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində əməliyyat olunub, ardınca Türkiyədə şüa terapiyası alıb. Daha sonralar deputat olduğu dövrdə də xaricə müalicəyə gedib-gəlib.
İyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat G. Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib.