Cinayətkar qruplaşmaya qarşı əməliyyat - 7 nəfər öldürüldü

28-02-2024, 15:39           
Cinayətkar qruplaşmaya qarşı əməliyyat -
Rio-de-Janeyro şəhərində “Qırmızı komanda” cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, şəhərin bir neçə bölgəsində qrup üzvləri barrikadalar qurib, küçələrə yandırıcı maddə tökərək polisin hərəkətinə mane olmağa çalışıblar.

Qrup üzvləri ilə atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb, 7 şübhəli öldürülüb.

Daha 2 nəfər həbs edilib. Mütəşəkkil cinayətkar dəstə üzvlərindən tüfənglər, tapançalar, radiovericilər, döyüş sursatları və narkotik vasitələr götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.