İranda iki naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus avtomobilə bomba yerləşdirməyə cəhd edib.
KONKRET.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Sistan və Bəlucistan vilayətinin prokurorluğu yayıb.
Məlumata görə, sözügedən şəxslər bombanı yerləşdirməyə çalışarkən partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində həmin şəxslərdən biri ölüb, digəri isə hadisə yerindən qaçıb.Qafqazinfo