Metrodan istifadə edən rektor kimdir?
10-08-2016, 18:46
Metrodan istifadə etmək qəbahətdirmi?
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni təyin edilən rektoru Mustafa Babanlı metrodan istifadə etməsi ilə bağlı “Moderator.az”ın sualını cavablandırarkən deyib.
Rektor bildirib ki, sürücünün işi çıxanda və ya tıxac probleminə görə tez-tez metrodan istifadə edir və burda qəbahət hesab ediləcək nəsə görmür:
“Sürücü də insandır, onun da hər hansı bir işi çıxa bilər. Yaxud da yollarda tıxac olanda tələsdiyim məkana gecikə bilərəm. Buna görə də ən tez başa gələn və rahat nəqliyyat vasitəsi olan metrodan istifadə edirəm. Tələbələrimlə metroda tez-tez qarşılaşırıq. Dəfələrlə maraqlı hadisələr də yaşanıb. Onlar məni metroda, qatarda görəndə çox təəccüblənirlər. Amma çox sual vermirlər, daha çox yaxınlaşıb şəkil çəkdirmək istədiklərini bildirirlər. Və yaxud da hansısa məsələ, problem barədə soruşurlar, mən də onlara istiqamət verirəm.
Məndən “Moskva Dövlət Universitetinin sabiq rektoru akademik Anatoli Loqunov kimi işə gəlmək üçün velosipeddən də istifadə edərsinizmi”, - deyə soruşurlar. Cavab verirəm ki, velosipeddən istifadə etsəm, yəqin ki, birmənalı qarşılanmaram. Həm də velosipedə bir o qədər marağım yoxdur. Ancaq metrodan, ictimai nəqliyyatdan istifadə etmək, insanların arasında olmaq, onlarla ünsiyyət qurmaq mənim üçün çox xoşdur”.