Tanışlıq saytında tanldığı şəxsə etibar etdi - Külli miqdarda pulunu əlindən aldılar
1-03-2024, 16:24
Birjada tez və yaxşı qazanc vədlərinə inanaraq, Volqoqrad vilayətinin Voljski şəhərinin 38 yaşlı sakini fırıldaqçıların əlinə külli miqdarda pul verib. 32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat verib.
Adamın fırıldaçılarla tanışlığı elə tanışlıq saytı ilə başlayıb. Burada özünü broker firmasının işçisi kimi təqdim edən tanımadığı şəxslə ünsiyyətə başlayıb.
Yazışmalarda ona birjada pul qazanmaq təklif edilib və yeni tanışına inananaraq razılaşıb.
Ona bir neçə fərqli hesaba külli miqdarda pul köçürməyə razı salıb.
İki həftə ərzində adam yeni tanışının mübadilə hesabına tam əminliklə pul köçürüb.
Məbləğ 13,5 milyon rublu ötdükdə, fırıldaqçılar heç bir şeyi qalmayan qurbana qarşı marağını itiriblər və onunla əlaqə saxlamağı dayandırıblar. Bundan sonra Volqa sakini dələduzların qurbanı olduğunu anlayıb və polisə müraciət edib.