Rusiya təyyarə qəzasında ölənlərin cəsədlərini Ukraynaya verməyə hazırdır

1-03-2024, 16:48           
Rusiya təyyarə qəzasında ölənlərin cəsədlərini Ukraynaya verməyə hazırdır
Rusiya Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Rusiyanın insan hüquqları üzrə komissarı Tatyana Moskalkova prosessual nöqteyi-nəzərdən hər şeyin qaydasında olduğunu qeyd edib. O, cəsədlərin yalnız mövcud prosedurlara əsasən təhvil verilə biləcəyini deyib.

Xatırladaq ki, yanvarın 24-də Belqorod vilayəti üzərində Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulub. Moskva vurulan təyyarədə mübadilə üçün 65 ukraynalı əsirin olduğunu iddia edir. Onlarla birlikdə üç rusiyalı zabitin və altı ekipaj üzvünün də öldüyü deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.