ONLAR QADINLARIN GİZLİ VİDEOSUNU ÇƏKİB, SONRA İSƏ..

2-03-2024, 10:35           
ONLAR QADINLARIN GİZLİ VİDEOSUNU ÇƏKİB, SONRA İSƏ..
Nəhayət, Xüsusi İstintaq Xidmətinin əməkdaşları şəxsi həyatın toxunulmazlığını pozduğuna görə 63 və 39 yaşlı şəxsləri həbs ediblər.

Tezadlar.az bildirir ki, bu barədə Gürcüstanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü zərərçəkmiş qadın 1960-cı il təvəllüdlü təqsirləndirilən şəxslə sevgi/intim münasibətdə olub, bu zaman 63 yaşlı kişi aralarındakı cinsi əlaqəni mobil telefonla qeydə alıb. Həmin dövrdə zərərçəkmiş intim məzmunlu fotolarını da təqsirləndirilən şəxsə göndərirmiş. Zərərçəkmiş təqsirləndirilən şəxslə münasibətini daha davam etdirmək istəmədikdən sonra sonuncu qisas motivi ilə 2024-cü ilin fevral ayında “Whatsapp” proqramından istifadə edərək yuxarıda qeyd olunan intim materialı zərərçəkmişin ailə üzvünə göndərib. 39 yaşlı saxlanılan şəxs isə münasibətdə olduğu qadını şantaj edib. Belə ki, 2021-2022-ci illərdə təqsirləndirilən şəxs zərərçəkmiş qadınla intim münasibətdə olub, bu müddət ərzində onlar bir-biri ilə müxtəlif üsullarla, o cümlədən internet tətbiqləri vasitəsilə əlaqə saxlayıblar. Videozəng zamanı təqsirləndirilən şəxs cib telefonu ilə gizli şəkildə çılpaq qurbanın şəkillərini (skrrinşot) çəkib. Təqsirləndirilən şəxs mobil telefonunda qeyri-qanuni olaraq onların cinsi əlaqəsinin videoyazısını da saxlayıb. Cinayətdə ifşa olunan hər iki təqsirləndirilənlər şəxsi həyat sirrini pozmaqda ittiham olunaraq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq davam etdirilir, saxlanılan şəxsləri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu da son. İndi onların təcridxanada necə peşmançılıq çəkib rəzil günə qaldıqlarını gizli videoya çəkib özlərinə göstərmək lazımdır ki, bir də belə axmaqlığa yol verməsinlər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.