Ötən gün Ukraynanın Odessa şəhəri yenidən atəşə tutulub.
Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper məlumat yayıb.
O bildirib ki, Rusiyanın zərbə dronları vasitəsilə həyata keçirdiyi hücumda bir nəfər ölüb, biri uşaq olmaqla yeddi nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin orta ağır olduğu açıqlanıb.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.