Üç məhsuldan sağlam sendviç necə hazırlanır?

6-03-2024, 12:08           
Üç məhsuldan sağlam sendviç necə hazırlanır?
Sandviçlər təkcə zərərli deyil, həm də sağlam ola bilər. Balanslaşdırılmış qəlyanaltı hazırlamaq asandır, kifayət qədər tərəvəz, protein və göyərti. Məsələn, avokado, pomidor və toyuq filesi ilə sendviç. Foodinfo.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq, hepatoloq Sergey Vyalov danışıb.Onun sözlərinə görə, pomidor antioksidantlarla zəngindir, toyuq zülalın bərpası üçün vacibdir, avokado isə xolesterini aşağı salır. Mütəxəssis həmçinin çörək, tuna, manqo və avokado ilə qeyri-adi və sağlam səhər yeməyi hazırlamağı təklif edib. Bu birləşmə qan damarlarına və ürəyə fayda verəcəkdir. Manqo antioksidant və C vitamini, avokado isə kalium və E vitamini mənbəyidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.