Arvadını və baldızını bıçaqlayıb — Polisə təslim oldu

12-08-2016, 07:48           

Zərdabda ər arvadını və baldızını bıçaqlayıb.

teref.az-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Bıçaqçı kəndində baş verib. Kənd sakini Təhməz Şamilov ailə münaqişəsi zəminində həyat yoldaşı 51 yaşlı Maya Allahverdi qızı Şamilovaya və onun bacısı 27 yaşlı Roza Allahverdi qızı Məmişovaya bıçaqla xəsarət yetirib. Hər iki yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən T. Şamilov könüllü olaraq Zərdab Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru