Oğluna görə 8 ayda 39 kiloqram arıqladı

6-03-2024, 18:08           
Oğluna görə 8 ayda 39 kiloqram arıqladı
Hindistan sakini məşq və düzgün qidalanma sayəsində səkkiz ay ərzində 39 kiloqram artıq çəki atıb. Foodinfo.az xəbər verir ki, bu barədə The Times of India məlumat yayıb.Mumbaydan olan Mahirə Menqani universitetdə oxuyarkən artıq çəki ilə bağlı problem olmadığını və idmanda uğur qazandığını deyib. Lakin elmi karyerasına və evliliyinə başladıqdan sonra o, qeyri-sağlam qidalar yeməyə başlayıb. Doğuşdan sonra qadının çəkisi 105 kiloqrama qədər artıb. Artıq çəkisi səbəbindən yüksək xolesteroldan əziyyət çəkib.Sonda hindli qadın oğluna yaxşı nümunə olmaq üçün arıqlamaq qərarına gəlib. O, yumurta, paneer pendiri və kəsmik kimi daha çox protein qidaları yeməyə başlayıb. Eyni zamanda Menqani çox sevdiyi şirniyyatlardan və qızardılmış yeməklərdən imtina edib. Bunun əvəzinə onun pəhrizinə daha çox tərəvəz və meyvə əlavə olunub.Menqani sürətli yerimə məşqlərinə başlayıb. Nəticədə səkkiz ay ərzində o, 39 kiloqram arıqlamağı və səhhətindəki problemlərdən qurtula bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.