71 yaşlı anasını kompüterdən aralaya bilməyən rusiyalı kişi özünü vurdu
6-03-2024, 16:23
Rusiyada qəribə hadisə baş verib: 52 yaşlı kişi özünə pnevmatik silahdan atəş açıb ki, 71 yaşlı anası kompüterlə oynamağı dayandırsın.
Məlumata görə, qadın saatlarla kompüter arxasında olub. Oğlu dəfələrlə özü də kompüterdə oynamaq istədiyini desə də, anası onun yalvarışlarına qulaq asmayıb. Sonra bu münasibətdən əsəbiləşən kişi otağına qapanıb.
Bir müddət sonra bağlı qapının arxasından bərk səs eşidilib, ancaq sosial şəbəkələrə başı qarışan yaşlı qadın səs-küyə məhəl qoymayıb.
Bir saat sonra qapı döyülüb. Qapının arxasında polisləri görən təqaüdçü təəccüblənib. Onlar kişinin çağırışı ilə gəldiklərini bildiriblər. Kişinin otağına keçdikdə isə onu otağın döşəməsində aşkar ediblər. Məlum olub ki, videooyun həvəskarı özünə pnevmatik silahdan xəsarət yetirib, ancaq hələ də məhəl qoyulmadığına şahid olduqdan sonra polisə zəng edib və anasının kompüterini qəsb etdiyini bildirib.