Meyvə və tərəvəz istehsalçıları ilə görüş keçirilib

7-03-2024, 17:58           
Meyvə və tərəvəz istehsalçıları ilə görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.Foodinfo.az xəbər verir ki, görüşdə meyvəçilik və tərəvəzçilik sahələrindəki vəziyyət müzakirə olunub. Təsərrüfat sahiblərinə aqrotexniki qaydalar barədə ətraflı məlumat verilib, mövcud çatışmazlıqlar nəzərdən keçirilib. Həmçinin sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, AQTİ sahibkarlıq subyektlərinin maarifləndirilməsi və sahə üzrə məlumatlandırılması ilə bağlı tədbirləri bundan sonra da davam etdirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.