ABŞ yük gəmisi Ədən körfəzində hücuma məruz qalaraq zədələndi: Ekipaj təxliyə edildi

7-03-2024, 08:49           
ABŞ yük gəmisi Ədən körfəzində hücuma məruz qalaraq zədələndi: Ekipaj təxliyə edildi
Barbados bayrağı altında üzən ABŞ yük gəmisi Ədən körfəzində naməlum şəxslərin hücumuna məruz qalıb və zədələnib.

Bu barədə Britaniyanın “Ambrey” dəniz təhlükəsizliyi şirkətindən məlumat verilib.

Bildirilib ki, gəminin ekipajı xilasedici qayıqlara təxliyə olunub.

Qeyd edək ki, daha əvvəl ilk olaraq insidentlə bağlı Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat verib və Qırmızı dənizdə gəmi daşımaları təhlükəsizliyinin təminatı üzrə əməliyyatlar həyata keçirən “Prosperity Guardian” koalisiya qüvvələri tərəfindən gəmiyə köməklik göstərildiyi deyilib.
Yük gəmisinə hücum Yəmənin Ədən şəhərindən 54 dəniz mili cənub-qərbdə baş verib. Bildirilib ki, insidentlə bağlı məlumat, adətən olduğu kimi, gəminin kapitanından deyil, “üçüncü tərəfdən” daxil olub. Özlərini Yəmən Hərbi Dəniz Qüvvələrinin hərbçiləri adlandıran şəxslər gəmi ilə əlaqə saxlayıb və gəmiyə istiqaməti dəyişmək barədə göstəriş veriblər.

“Yaxınlıqdakı gəmilərdən güclü partlayış səsi eşidilib və ekipaj üzvləri tüstü dumanı görüblər. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır”, - deyə UKMTO-nun ən son məlumatında qeyd edilib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.