7 kişi turistə zorlayıb, ərinə hücum edib

7-03-2024, 17:54           
7 kişi turistə zorlayıb, ərinə hücum edib
Hindistanda cütlüyə hücum etməkdə şübhəli bilinən 7 kişi həbs edilib.

32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Səyahət bloggeri olan cütlük motosikletlə Qərbi Benqal əyalətindən qonşu Nepala gedibdilər.

Bu yaxınlarda baş verən hücumdan ilk xəbər tutan polis onları yolda görüb. Kişi və qadın xəstəxanaya aparılıb, zərərçəkmiş həkimə bir qrup naməlum şəxs tərəfindən zorlandığını bildirib.
O, tibbi müayinəyə göndərilib.

Ertəsi gün cütlük hadisəni abunəçilərinə danışıb. Məlum olub ki, naməlum şəxslər cütlüyə hücum edərək, braziliyalı turistin boğazına bıçaq dayayıb və onu zorlayıblar. Cütlük növbəti paylaşımlarında dəstəyə görə hər kəsə təşəkkür edib. Onlar həmçinin qeyd ediblər ki, “polis hücum edənləri məsuliyyətə cəlb etmək üçün əlindən gələni edir”.

Əvvəlcə hüquq-mühafizə orqanlarının əməkdaşları 3 şübhəli şəxsi saxlayıb, sonra daha 4 nəfərin yerini müəyyən edə biliblər. Hadisəni törədən şəxslər hazırda həbsdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.