Rusiya regionlarında qanunsuz silah sexləri ləğv edilib
7-03-2024, 10:37
Sankt-Peterburq və Leninqrad vilayətində dörd qanunsuz silah sexi ləğv edilib.
32gun.az bildirir ki, bu barədə RİA Novosti FSB-nin regional idarəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində gizli sexlərin aşkarlanmasına nail olublar. Bildirilir ki, qanunsuz fəaliyyət göstərən müəssisələrdə odlu silahların hazırlanması və modernləşdirilməsi üçün xüsusi avadanlıq aşkar edilib.
Həmçinin sexlərə aidiyyəti olan şəxslərin yaşayış yerlərindən çoxlu sayda odlu silah, onların əsas və komponent hissələri, habelə 7,2 min ədəd patron və iki kiloqram partlayıcı maddə aşkar edilərək götürülüb.