10 il əvvəl yoxa çıxan 43 tələbəyə görə üsyana qalxdılar: Prezident sarayına girdilər - VİDEO

7-03-2024, 11:55           
10 il əvvəl yoxa çıxan 43 tələbəyə görə üsyana qalxdılar: Prezident sarayına girdilər - VİDEO
2014-cü ildə Meksikada yoxa çıxan 43 tələbənin tapılmasını tələb edən etirazçıların təşkil etdiyi nümayiş zamanı gərginlik artıb. Etirazçılar maşınla daxil olduqları Prezident sarayının qapısını sındırıblar.

Paytaxt Mexikoda 2014-cü ildə yoxa çıxan 43 tələbəni tapmaq üçün etiraz aksiyası keçirilib. Tələbələrin başına gələnləri işıqlandırmaq üçün hökuməti hərəkətə keçməyə çağıran nümayişçilər avtomobillə Prezident sarayına girərək qapını sındırıblar. Hadisədən sonra bəzi maskalı etirazçılar saraya daxil olub.

Prezident Andres Manuel Lopez Obrador hadisəni “açıq-aşkar təxribat” kimi qiymətləndirib: “Bizdən şiddətlə cavab verməmizi istəyirlər. Biz bunu etməyəcəyik. Biz zülmkar deyilik".

Qeyd edək ki, 26 sentyabr 2014-cü il tarixində Guerrero əyalətinin İquala şəhərində Ayotzinapadan avtobusla paytaxt Mexikoya etiraz aksiyasına gedərkən itkin düşən 43 tələbədən hələ də xəbər yoxdur. Tələbələrin cinayətkarlarla əməkdaşlıq edən polis tərəfindən qaçırıldığı və "Guerreros Unidos" karteli tərəfindən öldürüldüyü deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.