Gözyaşardıcı spreylə banka girib oğurluq etmək istədi - Sonra isə…
8-03-2024, 09:24
Sankt-Peterburqda "Vasileostrovskaya" metrostansiyası yaxınlığındakı bankın ofisinə hücum edilib.
Bankın bağlanmasına yaxın Vasilyevski adasının 9-cu xəttindəki filiala bibər qazı olan və maddi vəziyyətini tez bir zamanda yaxşılaşdırmaq arzusunda olan bir adam gəlib. Lakin o, əliboş qaçmalı olub.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlunat yayılıb.
Məlumatda bildiriblər ki, maliyyə qurumunu qarət etməyə cəhd barədə xəbər axşam saat yeddinin yarısında rayon polisinə daxil olub. Hadisə yerinə gələn polis soyğunçunun bankanın içindəkiləri üzərinə sprey püskürdüv, pul tələb edib. Lakin rədd cavabı aldığı üçün qaçdığını müəyyən edib. Cinayətkar hazırda axtarılır.