Vüsalə Mahirqızı qəzəbləndi: “Səbəb sizsiniz, linç edənlər, kampaniya aparanlar!”

13-08-2016, 08:35           

“Baxıram, sosial şəbəkələrdə xanımları hədəf alıb, “ürəklə” söyənlərin sayı xeyli artıb. Əvvəl Sevil Nuriyeva, sonra Günay Arda, indi də Azərinlə Tünzaləni təhqir edirlər. Tənqid, təftiş və müzakirə ilə işim yoxdu. Amma söyüşə, kampaniyaçılığa haqq qazandırmaq olmaz”.
Gununsesi.info-nun məlumatına görə, bu fikirləri “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, sonra da bu söyüş söyənlər “qadınlar niyə cəmiyyətin önündə olmaq istəmirlər” sualını müdrikcəsinə müzakirə edəcəklər, dərin nəticələr çıxaracaqlar.
“Səbəb sizsiniz, linç edənlər, kampaniya aparanlar! Səbəb axtaranda dönün özünüzə baxın! Hər qadın, hər qadının ailəsi bu linç kampaniyalarını qaldıra bilmir. Sözünüzü adam kimi deyin, söyəndə, yarlıq yapışdıranda daha qüvvətli olmur dediyiniz!
P.S. Adını çəkdiklərimdən ikisinin mövqeyini bölüşmürəm. Günay Ardanın xüsusilə. Amma cavab üslubu bu deyil. Eyni sözü deyən kişiylə belə davranılmır”-deyə, o, daha sonra qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.