İTV-nin əməkdaşı maskalıların evinə basqınından DANIŞDI: - “Əllərində bıçaq var idi, ...uşaqlarım çox qorxmuşdu”
13-08-2016, 12:30
“Binəqədi rayon Sulutəpə qəsəbəsində, Ruslan Allahverdiyev küçəsindəki evimə oğrular tərəfindən basqın olub. Mən bu ərazidə oğruların olduğunu eşitmişdim. Onlar bu gecə də özüm evdə ola-ola mənim evimə girdilər”.
Bu barədə Modern.az-a açqlamasında bu gecə oğrular tərəfindən evinə basqın olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramov özü danışıb.
O, evində baş verən oğurluq haqqında geniş məlumat verib.
“İki nəfər qara paltarda üzləri maskalı şəxs çöl hissədən hamamın fartoçkasını qıraraq evə daxil olublar.
Mən 2-ci mərtəbədə idim və aşağıda səsin gəldiyini hiss etdim. Aşağıya, 1-ci mərtəbəyə düşmək istəyəndə pilləkəndə üzü bağlı olan oğruların biri ilə qarşılaşdım. O, əlində nəsə bükülü saxlamışdı.
Mənimlə üz-üzə gələn oğrunun əlində isə bıçaq var idi. Tələsik geri qayıdıb əlimə nəsə götürmək istəyəndə artıq onlar, 2 nəfər qaçmışdılar.
Əlimə ütü keçdi və mən geri qayıdıb gördüm ki, onlar yoxdur, qapıdan çıxaraq, qaçmışdılar.
Sonra evə girdim elə düşünüm ki, bəlkə evdə gizləniblər. Baxıb gördüm ki, hamamın çöldən fartoçkasını sındıraraq hamam daxil olublar, ayaqlarını kranta qoyaraq oradan da evə giriblər. Krantı da sındırmışdılar.
Mənim heç bir kəslə düşmənçiliyim yoxdur. Səhər işə gedirəm, axşam da evə gəlirəm. Düşünürəm ki, bu sırf oğurluq məqsədi ilə edilib. Çünki evin 1-ci mərtəbədə servantı bütün alt-üst ediblər.
Elə həmən an 102-yə zəng etdim və polislər gəldi. Ekspertlər dedi ki, oğurluq əlcəklə edilib.
Evdə 2 körpə uşağım yaman qorxmuşdular. Ona görə də uşaqları qohumlargilə göndərdim. Hələ dəyən maddi ziyanı dəqiq bilmirik. Araşdırma aparılır”.