BDU-nun yataqxanasında yanğın söndürüldü- FOTO

14-08-2016, 19:09           

Bakıda yataqxana binasında yanğın olub.

Musavat.com-un məlumatına görə, hadisə Yasamal rayonunda, BDU-nun yataqxanasında baş verib.

Yanğın 9 mərtəbəli yataqxana binasının sonuncu mərtəbəsindən başlayıb.

BDU-nun mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, yanğın Bakı Dövlət Universitetinin yaşayış olmayan 8 saylı yataqxanasının 8-ci mərtəbəsində baş verib. 5 kv.m ərazini əhatə edən yanğın həmin mərtəbəyə toplanmış və istifadə edilməyən taxtaların alışması nəticəsində baş verib.

Qeyd edək ki, BDU yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Müşfiqabad qəsəbəsində onlar üçün inşa edilmiş yaşayış kompleksinə köçürülməsindən sona yanğın baş vermiş 8 saylı yataqxanaya qaz və elektrik enerjisinin verilməsi dayandırılıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb, xəsarət alan yoxdur.

Musavat.com
BDU-nun yataqxanasında yanğın söndürüldü- FOTO















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.