Gün ərzində neftin qiyməti sürətlə yüksəlib və iyul ayının 15-dən bəri ilk dəfə 48 dollar səviyyəsini keçib.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-a olan məlumata görə, birjalarda Brent markalı neftin oktyabr fyuçersinin 1 barreli 48,41 dollara satılır.
Bu göstərici səhər qeydə alınmış qiymətdən 1,44 dollar, yaxud 3,07% çoxdur.