İlhamənin köməkçisi məhkəmə qarşısında

16-08-2016, 09:47           
İlhamənin köməkçisi məhkəmə qarşısında
Mərhum Xalq artistinin əmlakını ələ keçirmək cəhdində günahlandırılan Mehriban Hüseynova günahsız olduğunu deyir

“Bu qədər ədalətsizlik olmaz…”- bunu mərhum Xalq artisti Ilhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynova məhkəmədə deyib. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi başlayıb.

Mehriban Hüseynova saxta sənədlər düzəltməklə Ilhamə Quliyevanın əmlakını ələ keçirmək cəhdində təqsirləndirilir. Ona qarşı CM-nin 29,180.3.2-ci (zərərçəkmişə külli miqdarda ziyan vurmaqla soyğunçuluq cəhdi) maddəsilə ittiham irəli sürülüb.


Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev onun günahsız olduğunu bildirərək, barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Vəkilin digər vəsatəti isə işə xitam verilməsə belə, onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub.

Mehriban Hüseynova da vəkilinin vəsatətlərinə münasibət bildirərkən günahsız olduğunu deyib. Həbsdə saxlanılmasını “ədalətsizlik” adlandıran Hüseynova həmçinin qardaşlarının Qarabağ müharibəsi iştirakçısı olduğunu məhkəmənin nəzərinə çatdırıb.

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Iş üzrə məhkəmə baxışı avqustun 23-nə təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.