Rövşənin qətli ilə bağlı iş adamı saxlanıldı – Azərbaycanda otelləri var

19-08-2016, 18:18           
Rövşənin qətli ilə bağlı iş adamı saxlanıldı – Azərbaycanda otelləri var
İstanbul polisi dünən qətlə yetirilən şəxsin həqiqətən Azərbaycanlı “vorzakon” Rövşən Canıyev olduğunu təsdiqləmək üçün rusiyalı həmkarlarından yardım istəməyə hazırlaşır. “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, şübhələrə səbəb Rövşənin hələ 2013-cü ildə də öz ölümünü imitasiya etməsi olub.
Türkiyə mətbuatı isə Rövşənin qətli ilə bağlı yeni detalları açıqlayıb. Məlum olub ki, insident baş verən yerdən 65 boş giliz aşkar ediblər. Bundan başqa, xəstəxanaya çatdırılan Canıyevin 5 güllə yarasından öldüyü açıqlanıb.
Hücum zamanı cipdə olan və daha sonra qaçmağa nail olan beynəlxalq nəqliyyat şirkətinin sahibi, Azərbaycanda otelləri olduğu deyilən Tahir Can da saxlanılaraq dindirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.