Rusiyanın müxtəlif yerlərindən Rövşən Lənkəranskinin yasına gələnlər arasında kriminal dünyaya aid bəzi soydaşlarımız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
İki gün ərzində 11 nəfər müxtəlif "səbəblər" lə polisə aparılıb. Tutulanların buraxılması üçün "nüfuzlu şəxslərin" aracılığı ilə danışıqlar aparıldığını deyən mənbəmiz azad edilmə "şərtlərinin" hər iki tərəf üçün ağır olduğunu, kompromis variantın hələ tapılmadığını da qeyd edib. Mənbənin bildirdiyinə görə, ümumiyyətlə "qanunu oğru"ların yas məclisləri adətən hüquq mühafizə orqanları üçün münbit şərait deməkdir. Amma adətən bu qarşıdurma sülhlə bitir. Bitmədiyi halda hətta illər keçsə də hər iki tərəf zərər görə bilir.../Moderator.az/
Hadisələr tərəfimizdən izlənir, əlavə məlumat veriləcək...