Şimali Karolina ştatında hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb

1-05-2024, 11:54           
Şimali Karolina ştatında hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb
Hüquq-mühafizə orqanlarının dörd əməkdaşı odlu silah saxladığına görə axtarışda olan cinayətkar barəsində çıxarılan məhkəmə qərarını icra etməyə cəhd edərkən öldürülüb.

Polisin verdiyi məlumata görə, Şimali Karolina ştatında yaşayış binasında baş verən silahlı atışma zamanı daha 4 nəfər yaralanıb.

Şarlot şəhərinin rayonlarından birində birinci qrupdan olan bir neçə polis əməkdaşının ölümündən sonra hadisə yerinə ikinci qrup gəlib.

Axtarılan şəxs öldürüldükdən sonra ikinci silahlı şəxs onlara atəş açıb. Bu haqda polis rəisi Conni Cenninqs açıqlama verib.

Polis insanları ərazidən uzaq durmağa çağırıb və sakinlərdən hər şey aydın olana qədər evlərində qalmalarını istəyib.

Prezident Co Bayden atışma ilə bağlı məlumatlandırılıb və Şarlot meri Vay Layls ilə telefon danışığı zamanı başsağlığı verərək yerli ictimaiyyətə dəstəyini bildirib.

"Onlar bizi qorumaq üçün təhlükəli mühitdə həyatlarını qurban verən qəhrəmanlardır. Onlara yas tutur və yaxınlarına başsağlığı veririk. Və biz yaralanan cəsur zabitlərin sağalması üçün dua edirik"- deyə, Bayden bazar ertəsi qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.