Deputatlara qarşı “erotik video” tələsi - MƏQSƏD ONLARIN KART MƏLUMATLARINI ƏLƏ KEÇİRMƏK OLUB

21-05-2024, 11:34           
Deputatlara qarşı “erotik video” tələsi -
Azərbaycanda bir qrup deputatın rəsmi elektron poçt ünvanına şantaj xarakterli mesajlar göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, özünü Bred Hawk kimi təqdim edən şəxs bredhawk2@gmail.com ünvanından bir qrup deputatın elektron ünvanına yazdığı mesajda onların intim görüntülərinin əlində olduğunu və 10 min ABŞ dolları verməyəcəkləri təqdirdə bu görüntülərin xarici teleqram kanallarında yayılacağını yazıb.

Bu mesaj deputatlardan Sahib Əliyevə, Azər Badamova, Kamran Bayramova, Məzahir Əfəndiyevə, Emin Hacıyevə , Malik Həsənova və Vüqar İsgəndərova göndərilib.

Bildirilir ki, araşdırmalar zamanı bu mesajın arxasında kibercinayət niyyəti ortaya çıxıb.

Belə ki, mesajda məqsəd deputatları təəccübə salmaq və “erotik videolarının əks olunduğu” linki onlara göndərdikdən sonra mobil bank tətbiqlərini ələ keçirməkdir.

Deputatlardan kimlərin bu tələyə düşüb-düşməməsi bəlli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru