İran Rəisini axtarmaq üçün ABŞ-dən kömək istəyib: Ağ ev isə...
21-05-2024, 11:24
Amerika Birləşmiş Ştatlarə İran Prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verib və hadisə ilə bağlı regional təhlükəsizliyə birbaşa təhlükə görmədiyini bildirib.
Müdafiə naziri Lloyd Austin jurnalistlərə açıqlamasında bu barədə danışıb:
"Mən regional təhlükəsizliyə daha geniş təsir görmürəm".
Bundan sonra Dövlət Departamentinin bəyanatında Rəisinin ölümü ilə bağlı “rəsmi başsağlığı” ifadə olunub.
Dövlət Departamentinin sözçüsü Metyu Miller "İran yeni prezidenti seçərkən, biz İran xalqını və onun insan hüquqları və əsas azadlıqlar uğrunda mübarizəsini dəstəklədiyimizi bir daha təsdiqləyirik",-deyib.
“Birləşmiş Ştatlar İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Əmir Abdullahianın və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə əlaqədar rəsmi başsağlığı verir”, - Miller əlavə edib.
Onun sözlərinə görə, İran tərəfi Prezident İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı ABŞ-dən kömək istəyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar əsasən logistik səbəblərə görə kömək edə bilməyib.
BBC