Rusiya hökuməti iyunun 30-dək benzin ixracına qoyulan qadağanı aradan qaldırıb

21-05-2024, 11:08           
Rusiya hökuməti iyunun 30-dək benzin ixracına qoyulan qadağanı aradan qaldırıb
Rusiya Federasiyası Hökuməti yanacaq istehsalçıları üçün 2024-cü il iyunun 30-dək benzin ixracına qoyulan qadağanın müvəqqəti olaraq ləğv edilməsi barədə qərar qəbul edib, lakin məhdudiyyətlər iyulun 1-dən avqustun 31-dək davam edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir.
Qərar imzalanıb və dərc olunduğu andan qüvvəyə minəcək.

2024-cü il martın 1-dən hökumət yaz və yay aylarında artan tələbatı kompensasiya etmək üçün altı ay müddətinə benzin ixracına müvəqqəti qadağa qoymuşdu.

Bundan əvvəl baş nazirin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiya Energetika Nazirliyi mart ayından qüvvədə olan benzinin ixracına qoyulan qadağanın müvəqqəti dayandırılması təklifi ilə hökumətə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru