Tula vilayətindəki zavodda güclü yanğın baş verib - Video

6-09-2024, 08:56           
Tula vilayətindəki zavodda güclü yanğın baş verib - Video
Rusiyanın Tula vilayətindəki “Plastik” zavodunda güclü yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.

Bildirilir ki, Uzlovaya şəhərində tikilməkdə olan sexdə yanğın baş verib.

Tüstüsü bir neçə kilometr məsafədən görünən yanğın sahəsi isə 2000 kv.metrə çatıb.

Hadisə yerində 50 mütəxəssis və 18 texnika işləyir.

Məlum olub ki, yanğın binanın zirzəmisində olub. Artıq yanğın söndürülüb.

Ölənlər barədə isə hələ ki, məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru