İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə HÜCUM OLUB

7-09-2024, 09:45           
İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə HÜCUM OLUB
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərlikdə hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb. Hadisədən sonra şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ben-Qvir fələstinlilərlə bağlı sərt açıqlamaları ilə tanınır və İsrailin Qəzza zolağında hərbi əməliyyatların məhdudlaşdırılmasının əleyhinədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru