ABŞ-də heyvanlarla təmasda olmayan şəxs quş qripinə yoluxdu

8-09-2024, 16:08           
ABŞ-də heyvanlarla təmasda olmayan şəxs quş qripinə yoluxdu
ABŞ-də həkimlər ilk dəfə quş qripini infeksiya daşıyıcısı olan heyvanlarla təmasda olmayan şəxsdə aşkarlayıblar.

Bu barədə "Associated Press" yazır.

Məlumata görə, virus xəstəxanaya yerləşdirilən Missuri sakinində aşkarlanıb. Bu, ABŞ-də mart ayından bəri qeydə alınan 14-cü quş qripi hadisəsidir.

Bununla belə, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin nümayəndələri əhali üçün riskin aşağı səviyyədə qaldığını vurğulayırlar.

O da məlum olub ki, xəstəliyə yoluxmuş şəxs avqustun 22-də A tipli qriplə bağlı müsbət nəticə ilə xəstəxanaya yerləşdirilib. Kişiyə virus əleyhinə dərmanlar təyin edilib. O, hazırda sağlamdır və evdədir. Xəstənin adı və yaşayış yeri açıqlanmır. Onun yaxınlarının infeksiyaya yoluxmadığı qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.