Namaz qılmaq üçün məscidə gedən tələbə yoxa çıxdı

10-09-2024, 08:38           
Namaz qılmaq üçün məscidə gedən tələbə yoxa çıxdı
Siyəzəndə gəncin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.
TEREF APA TV-yə istinadən xəbər verir ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Yaxınları bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.

İtkin düşən gəncin atası Kamal Məlikovun sözlərinə görə, oğluna aid telefon və siqaret Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində tapılıb.

Mahmud Məlikovun özünü kanala atdığı ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru