Yer kürəsinin iki gün sonra yeni təbii peyki olacaq

28-09-2024, 16:14           
Yer kürəsinin iki gün sonra yeni təbii peyki olacaq
Planetimiz bir neçə gündən sonra daha bir peykə sahib olacaq. Belə ki, asteroidlərdən qopan bir meteorit təxminən iki ay ərzində Yerin orbitində qalacaq və planetin ətrafında dövr edəcək.

Oxu.Az-ın "Haber Global"a istinadla məlumatına görə, hadisənin 29 sentyabrda baş verməsi gözlənilir.

Bildirilir ki, təxminən iki ay sonra isə meteorit Yerdən uzaqlaşacaq.

Səma cisminin təxminən 10 metr uzunluğunda olduğu vurğulanır.

Alimlərin sözlərinə görə, Yerin müvəqqəti peyki Ayla müqayisədə çox kiçik olduğu üçün adi gözlə görmək mümkün olmayacaq. Meteoriti ancaq peşəkar teleskopla müşahidə etmək mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru