İntihar edən məktəbli ilə bağlı rəsmi açıqlama

2-10-2016, 22:09           
İntihar edən məktəbli ilə bağlı rəsmi açıqlama
Abşeron Rayon Təhsil Şöbəsi intihar etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.

Şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova “Qafqazinfo” açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb. “Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər”, - deyə A. Tahirova vurğulayıb.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahid iki aldığına görə özünü məktəbin ikinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.
[media=https://www.youtube.com/watch?v=6MJaaZ0nwcM]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.