Azərbaycanda ata qızını 8 il tövlədə zəncirdə saxlayıb - real VİDEOGÖRÜNTÜLƏR
3-10-2016, 22:17
Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.
Qaynarinfo.Az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zəncirlənmiş vəziyyətdə saxlayıb.
Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.
Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.
Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq. [media=https://www.youtube.com/watch?v=Qp9tgIwOB0Y]